UEFA İngiltərə Futbol Assosiasiyasını 15 min avro cərimələyib. Sport24.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

 

Buna səbəb UEFA Millətlər Liqasında noyabrın 15-də baş tutan İspaniya- İngiltərə (2:3) matçında qonaq azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli davranışı olub.


Bundan əlavə, quruma tərəfdarlarına UEFA-nın bayrağı altında keçirilən milli komanda yarışlarının 1 səfər oyunu üçün bilet satışına tam məhdudiyyət qoyulub.

 

İspaniya – İngiltərə matçı qonaqların qələbəsiylə başa çatıb – 3:2.