Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ikinci matçını keçirib. Sport24.az xəbər verir ki, 7-ci qrupda yer alan komanda II turda Türkiyənin "İstanbul" kollektivi ilə üz-üzə gəlib.

 

Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydançasında təşkil olunan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Zəngəzur" 1-ci turda Polşanın "Dolnoşlyonski" komandasına 0:12 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi qrupda sonuncu matçını noyabrın 27-də Rumıniyanın "The Carpathians" klubuna qarşı keçirəcək.