"Şəfa" klubunda rəhbərliyin iştirakı ilə toplantı keçirilib. Sport24.az xəbər verir ki, görüşdə komandanın baş məşqçisi Zaur Həşimov da iştirak edib.

 

İclas zamanı Premyer Liqa təmsilçisinin cari mövsümdəki çıxışı və qeyri-sabit nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın turnir cədvəlindəki mövqeyi də diqqətə çatdırılıb.

 

Müzakirələrdən sonra Zaur Həşimovla əməkdaşlığın davam etdirilməsi barədə qərar qəbul olunub. Klub rəhbərliyi baş məşqçiyə etimad göstərərək, ona dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

 

Xatırladaq ki, cari mövsümdə Premyer Liqaya qayıdan "Şəfa" 12 turdan sonra cəmi 5 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.