Yan Urban millisində işini davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. 

 

64 yaşlı mütəxəssis Polşa Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşüb. Görüşün nəticəsində tərəflər əməkdaşlığı davam etdirmək və "ağ qartallar"ın məşqçilər heyətini gücləndirmək barədə qərar qəbul ediblər.

 

Urban 2025-ci ilin yayından Polşa millisinin "sükanı arxasına" keçib. Onun rəhbərliyi altında komanda DÇ-2026-ya vəsiqə qazanmağa yaxın olsa da, həlledici pley-off matçında İsveçə məğlub olub.

 

Qeyd edək ki, Polşa Millətlər Liqasının B Liqası, 4-cü qrupunda üçüncü yeri tutaraq, daha yuxarı diviziona yüksələ bilməyib.