"İnter" futbolçusu Karlos Auqustonun müqaviləsini uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Tərəflər arasında razılıq əldə olunub və yeni anlaşma 2031-ci ilin yayına kimi nəzərdə tutulacaq.
27 yaşlı müdafiəçi 2024-cü ildən "İnter"in formasını geyinir. Onun indiki müqaviləsi 2028-ci ilin yayına kimidir.
Auqusto bu mövsüm A Seriyasında 10 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.