Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb. Sport24.az xəbər verir ki, o, qadın voleybolçular arasında CEV Çempionlar Liqasının oyununa supervayzer təyin olunub.

 

M. Frişman A qrupunda yer alan "Uni Opele" (Polşa) və "Myuluz Elzas" (Fransa) komandalarının qarşılaşmasında fəaliyyət göstərəcək.

 

Oyun noyabrın 26-da Polşanın Opole şəhərində keçiriləcək. Qarşılaşmanı bolqarıstanlı Dobromir Dobrev və estoniyalı Risto Strandson idarə edəcəklər.