"Qarabağ" xanım azarkeşləri üçün jest edib. Sport24.az xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turunda "Sumqayıt"ı qəbul edəcək Ağdam təmsilçisinə dəstək olmaq istəyən xanımlar QR biletləri ödənişsiz əldə edə bilərlər.
Biletlərin verilməsinə noyabrın 26-dan başlanılacaq. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlə aşağıdakı ünvanlara müraciət etmək lazımdır:
Heydər Əliyev Sarayının kassası;
28 Mall AVM-in 3-cü mərtəbəsində yerləşən Fan Store.
QR biletləri qarşılaşmanın keçiriləcəyi gün "Azersun Arena"nın kassasından da götürmək mümkün olacaq.
Qeyd edək ki, stadiona giriş yalnız QR biletlə təmin ediləcək. "Qarabağ" – "Sumqayıt" görüşü noyabrın 29-da "Azersun Arena"da keçiriləcək və saat 17:00-da başlayacaq.