Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, Premyer Liqanın 12, I Liqanın 3, II Liqanın 1 təmsilçisinin mübarizə apardığı raundun görüşləri iki günü əhatə edəcək.

 

Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.

 

Azərbaycan Kuboku

 

1/8 final

 

1 dekabr (çərşənbə axşamı)

 

"Karvan-Yevlax" – "Zirə" – indiyədək qarşılaşmayıblar

 

"Sabah" – "İmişli" – 1 oyun, +1=0-0, top fərqi 2-1

Ötən mövsümə təsadüf edən yeganə görüşdə hər iki komanda qol vurub. "Sabah" qələbə ilə mərhələ adlayıb.

2025/26           1/8 final             İmişli - Sabah (Bakı) 1:2

 

"Turan Tovuz" – "Kəpəz"  – 4 oyun, +3=1-0, top fərqi 7-3

 "Turan Tovuz" bütün oyunlarda qol vurub. "Kəpəz" qələbə qazanmayıb.

2022/23            1/4 final           Kəpəz (Gəncə) - Turan Tovuz 1:2, 2:2
2025/26            1/4 final           Turan Tovuz - Kəpəz (Gəncə) 1:0, 2:0

 

2 dekabr (çərşənbə) 


"Araz-Naxçıvan" – "Marafon" – indiyədək qarşılaşmayıblar

"Qəbələ" – "Şahdağ Qusar" – indiyədək qarşılaşmayıblar

"Neftçi" – "Şəfa" – indiyədək qarşılaşmayıblar

"Gəncəbasar" – "Şamaxı" – indiyədək qarşılaşmayıblar

 

"Sumqayıt" – "Qarabağ"  – 9 oyun, +1=2-6, top fərqi 6-22
Son iki oyun heç-heçə başa çatıb. "Qarabağ" son üç qarşılaşmada qol vurmayıb.

 

2011/12           1/8 final           Qarabağ (Ağdam) - Sumqayıt Şəhər 3:0
2015/16           1/4 final           Qarabağ (Ağdam) - Sumqayıt 2:0, 4:1
2016/17           1/4 final           Qarabağ (Ağdam) - Sumqayıt 6:0, 5:2
2017/18           1/4 final           Qarabağ (Ağdam) - Sumqayıt 2:1, 0:2
2020/21           1/2 final            Sumqayıt - Qarabağ (Ağdam) 0:0, 0:0, pen.5:4