"Beşiktaş" UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Hapoel" (Beer-Şeva) ilə qarşılaşmada bir futbolçusunun xidmətindən yararlana bilməyəcək. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində cəzalı Ümit Akdağ yer almayacaq.

 

Qeyd edək ki, "Beşiktaş" – "Hapoel" (Beer-Şeva) matçı sabah Gürcüstanın Batumi şəhərində keçiriləcək. Batumi stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Qarşılaşmanı danimarkalı referi Morten Kroq idarə edəcək.