"Mançester Yunayted"in futbolçusu Leni Yoronun "Liverpul"la oyunda (0:4) aldığı qırmızı vərəqə ləğv olunub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
Yoro Premyer Liqanın XIII turunun "Liverpul"la matçında 8-ci dəqiqədə rəqibi aşkar qoldan məhrum etməsi səbəbindən qırmızı vərəqə ilə cəzalanıb. Futbolçu buna görə əvvəlcə bir oyunluq diskvalifikasiya olunub. Lakin araşdırmalardan sonra "qırmızı"nın yanlış olduğu məlum olub və cəza qüvvədən düşüb.
Müdafiəçi növbəti turda "Brentford"la oyunda meydana çıxa biləcək.