Pep Qvardiola "Mançester Siti"dən ayrıldıqdan sonra İtaliya milli komandasının baş məşqçisi olmaq təklifi alıb. Sport24.az xəbər verir ki, bu barədə ispaniyalı mütəxəssis özü məlumat verib.

 

55 yaşlı məşqçi istirahət etmək istədiyi üçün təklifi qəbul etmədiyini bildirib:

 

"Bəli, İtaliya ilə görüşdüm, ilk dəfədir ki, bu məsələ ilə bağlı ictimaiyyət qarşısında çıxış edirəm. Bu, mənim üçün böyük şərəf idi. İtaliya kimi bir ölkənin millisini çalışdırmaq təklifini rədd etdiyimi deməyə az qala utanırdım. Bu, karyeramın ən böyük şərəflərindən biri idi. Onların məni İtaliyanı çalışdıra biləcək məşqçi kimi görmələri mənim üçün çox dəyərli idi.

 

Paolo Maldini və Leonardo çox dəyər verdiyim insanlardır. Ancaq istirahətə və fasiləyə ehtiyacım olan bir vaxtda mənimlə əlaqə saxladılar. 1-2 ildən sonra təklif etsəydilər, yəqin ki, qəbul edərdim. Bahiaya gəlmək və özümə daha çox vaxt ayırmaq istəyirdim. 18 ildir məşqçiyəm və üç gündən bir oyun oynayıram".