Niderlandın PSV klubunun yarımmüdafiəçisi İvan Perişiç UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində penaltidən qol vuran ən yaşlı futbolçudur. Sport24.az xəbər verir ki, oyunçu buna İspaniyada "Real"a qarşı keçirdikləri Liqa mərhələsinin V turunun matçında nail olub.

 

Xorvatiyalı futbolçu 37 yaş 295 günündə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

 

Perişiç həm də ÇL-də "Real"la qarşılaşmada fərqlənən ən yaşlı oyunçu kimi də tarixə düşüb.

 

Xatırladaq ki, PSV sözügedən görüşdə rəqibinə 1:5 hesabı ilə uduzub.