"Əlbəttə, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Bir xal bizim istədiyimiz nəticə deyil". 

 

Bu sözləri Sport24.az-a açıqlamasında "Gəncəbasar"ın qapıçısı Səlim Həşimov deyib.

 

20 yaşlı futbolçu komandasının Birinci Liqanın 9-cu turunda lider "Şahdağ Qusar"la heç-heçə etdiyi matçla bağlı fikirlərini bölüşüb:

 

"Qarşılaşmanın gedişatını nəzərə alsaq, qazandığımız bir xalı da qəbul etməliyik. Əlbəttə, meydana hər zaman qələbə qazanmaq üçün çıxırıq və heç-heçə bizim üçün arzulanan nəticə deyil. Qarşıda bizi daha vacib görüşlər gözləyir və həmin oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Hesab edirəm ki, əsas çatışmazlığımız qol epizodlarını reallaşdıra bilməməyimiz oldu. Fürsətlərimiz var idi, lakin son ötürmələrdə və zərbələrdə dəqiqlik çatmadı. Futbolda belə hallar qaçılmazdır. Əsas odur ki, buraxdığımız səhvlərdən nəticə çıxaraq, çatışmazlıqlarımız üzərində işləyək və növbəti qarşılaşmaya daha yaxşı hazırlaşaq".

 

Həşimov Gəncə klubunun çempionluq şansından danışıb:

 

Birinci Liqada güclü və iddialı komandalar çoxdur. "Şahdağ Qusar", "Səbail" və "Karvan-Yevlax" da ciddi rəqiblərdir. Amma bizim də öz hədəflərimiz var. Çempionluq mübarizəsindən kənarda olduğumuzu düşünmürəm".


Qeyd edək ki, "Şahdağ Qusar" - "Gəncəbasar" qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.