AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda II Liqanın oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
22.11.2026-cı il tarixində II Liqada XII turun "Ağstafa Gəncləri" – "Hypers" oyununun 88-ci dəqiqəsində "Ağstafa Gəncləri" komandasının 1 nömrəli futbolçusu Elgün Əmiraslanov hakimi təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, "Ağstafa Gəncləri" komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
22.11.2026-cı il tarixində II Liqada XII turun "Ağstafa Gəncləri" – "Hypers" oyununda "Ağstafa Gəncləri" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Ağstafa Gəncləri" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
22.11.2026-cı il tarixində II Liqada XII turun "Şirvan" – "Qaradağ Lökbatan" oyununda "Qaradağ Lökbatan" komandasında 7 nəfər sarı vərəqə aldığı üçün "Qaradağ Lökbatan" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
23.11.2026-cı il tarixində II Liqada XII turun "Şəmkir" – "Ağdaş" oyununda "Ağdaş" komandasının cəzalı rəsmisi Ruslan Hüseynov hakimlərə təzyiq göstərdiyinə görə cəzasının üzərinə 4 oyun əlavə edilsin, "Ağdaş" komandası 600 manat cərimə edilsin (maddə 52.3).