Fransa təmsilçisi PSJ-nin qapıçısı Luka Şevalye kifayət qədər meydana çıxmaması səbəbindən qış "transfer pəncərəsi"ndə klubu tərk etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "L"Équipe" nəşri məlumat yayıb.

 

25 yaşlı fransalı qolkiper yanvarın 23-dən etibarən rəsmi oyunlarda meydana çıxmayıb. Həmin vaxtdan etibarən Paris kollektivinin əsas qapıçısı Matvey Safonov olub.

 

Şevalye gələcəyi ilə bağlı baş məşqçi Luis Enrike ilə görüşməyi planlaşdırır.

 

"Əlcək sahibi" müntəzəm olaraq oyunlarda iştirak etmək istəyir. Tərəflər onun icarəyə verilməsi və ya birdəfəlik transferi variantlarını nəzərdən keçirirlər.

 

Bununla belə, PSJ rəhbərliyi Şevalyenin ayrılmasına yalnız onun yerinə yeni qapıçı tapacağı təqdirdə razılıq verməyə hazırdır.