"İnter Mayami"nin hücumçusu Lionel Messi bir oyunda iştirak etmək üçün Argentinaya qayıdacaq. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

 

Ulduz futbolçu Argentina millisinin və "Boka Xuniors"un keçmiş hücumçusu Karlos Tevesin vida matçında iştirak edəcək. Qarşılaşma dekabrın 20-də Buenos-Ayresdə keçiriləcək.

 

"Barselona" və Argentina yığmasının keçmiş yarımmüdafiəçisi Xuan Rikelme də matçda iştirak edəcəyini təsdiqləyib.

 

Qeyd edək ki, Teves peşəkar futbol karyerasını 2022-ci ildə başa vurub.