"Real", "Arsenal" və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Məsut Özil Avropa Liqasının V turu çərçivəsində baş tutan "Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında yaşananlara görə, Gürcüstan polisinin hərəkətlərini pisləyib. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

 

"Fələstin xalqının azadlıq uğrunda mübarizəsinə dəstək verən 'Beşiktaş' azarkeşlərinə qarşı Gürcüstan polisinin müdaxiləsini pisləyirəm.

'Beşiktaş' azarkeşlərinin tutduğu mövqeyi – Fələstindəki ədalətsizliyə qarşı susmamaq və ortaq insani vicdanımız naminə səsini ucaltmaq qərarını yüksək qiymətləndirirəm.

Bu hərəkətlər nəticəsində zərər çəkən bütün azarkeşlərə ən xoş arzularımı çatdırıram".

 

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, qarşılaşma neytral meydanda – Batumidə baş tutub. Türkiyə klubunun azarkeşləri tribunaya Fələstinə dəstək məqsədli plakat gətiriblər ki, bu da onlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmaya səbəb olub. Yaranan gərginlik səbəbindən oyun təxminən 30 dəqiqəlik dayandırılıb.