La Liqada noyabr ayı üçün "Ayın oyunçusu" mükafatına namizədlərin siyahısını açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

 

Namizədlər arasında noyabrda meydanda keçirdiyi 254 dəqiqədə iki qol vuran və üç məhsuldar ötürmə edən "Barselona"nın oyunçusu Lamin Yamal da var. "Real" yarımmüdafiəçisi Cud Bellinqem isə meydanda olduğu 269 dəqiqə ərzində iki qola imza atıb.

 

"Atletiko"nun hücumçusu Xulian Alvares üç məhsuldar ötürmə ilə yadda qalıb. "Espanyol"un qapıçısı Anxel Fortunyo isə üç oyunda qapısını toxunulmaz saxlayıb və ona 12 seyv edib. 

 

Siyahıda həmçinin 236 dəqiqədə üç qol vuran "Rasinq"in hücumçusu Yassir Zabiri də yer alıb.