Bu gün qadın voleybolçular arasında ölkə çempionatında 4-cü turun oyunları keçiriləcək. Sport24.az xəbər verir i, günün yeganə matçında "Azərreyl" "Murov Az Terminal" ilə üz-üzə gəlir.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq görüşün start fiti saat 16:00-da səslənəcək.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmasında "Milli Aviasiya Akademiyası" "Naxçıvan"ı 3:1 (29:27, 22:25, 25:17, 25:23) hesabı ilə məğlub edib.