Misli Premyer Liqasının XIII turunda "İmişli" "Şəfa"ya 1:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, oyundan sonra nominal meydan sahiblərinin baş məşqçisi Ervins Perkons əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb, ardınca isə media nümayəndələrinin suallarını cavablandırıb.

 

- Oyun barədə danışılacaq çox şey yoxdur. Rəqib yaxşı oynadı, biz isə sadəcə stadionda idik.

 

- "İmişli"nin  oyunu alınmırdı. Bunun səbəbi nədir?

- Komandada sanki mübarizə, istək yox idi. Rəqib üçün isə sanki bu matç final görüşü idi. Bütün mübarizələrdə bizi üstələdilər. Heç kəs sənə xal verməyəcək, bunu özün qazanmalısan. Rəqib bizdən üstün idi. Buna görə də qələbə qazandılar.

 

- Taktikanı niyə dəyişmədiz?

- Deməzdim ki, dəyişmədik. Birinci hissədə 4-4-2 sistemi ilə oynadıq, ikinci hissədə isə 3-5-2-yə keçdik. Topun irəli aparılması yarımmüdafiəçilərdən asılı idi. Onlar daha çox driblinq etməyə çalışırdılar. Belə olanda topun cinahlara çatdırılması ləngiyir. İstədiyimiz nəticəni əldə edə bilmədik.