Braziliya millisinin sabiq futbolçusu Aleks de Souzanın yeni iş yeri bəlli olub. Sport24.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Braziliyanın "Seara" klubunun baş məşqçisi təyin olunub.

 

Bu barədə B seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Aleks de Souza ilə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.

 

Qeyd edək ki, sabiq futbolçu 2026-cı ilin əvvəlinədək "Operario Ferroviario"da  (Braziliya)işləyib, daha sonra isə "Atletik"də (Braziliya) çalışıb.