"Real" daha bir futbolçusu ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, "kral klubu" yarımmüdafiəçi Brahim Diasla anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2031-ci ilin yayına kimi artırılıb.

 

Dias bu mövsüm 9 oyunda 3 məhsuldar ötürmə edib.

 

"Real" daha əvvəl Arda Güler, Orelyen Çuameni və Tibo Kurtua ilə müqaviləni uzadıb.