Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Camal Musiala zədə səbəbindən 2026-cı ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq. Sport24.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

 

Məlumata görə, 23 yaşlı futbolçunun sağ bud əzələsindəki zədə yenidən təkrarlanıb. Onun bərpasının təxminən altı həftə çəkəcəyi gözlənilir.

 

Musiala sentyabrın 24-də Almaniya və Niderland yığmaları arasında Millətlər Liqasının matçından (1:1) əvvəl isinmə hərəkətləri zamanı zədələnib. Bu səbəbdən o, "Bavariya"nın 9 rəsmi oyununu buraxıb. Yarımmüdafiəçi yalnız noyabrın 20-də "Köln"lə Bundesliqa matçında (1:1) meydana qayıdıb.

 

Lakin həmin görüşdə də narahatlıq hiss edən Musiala noyabrın 25-də "Lill"lə UEFA Çempionlar Liqasının oyununda (1:2) əvəzedici kimi meydana çıxıb. Bundan sonra futbolçunun zədəsi yenidən təkrarlanıb.

 

Qeyd edək ki, Camal Musiala cari mövsümdə 6 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.