Misli Premyer Liqasında 13-cü turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tovuzda keçiriləcək. Mövsümün ikinci Qərb derbisində "Turan Tovuz" "Kəpəz"i qəbul edir. Tərəflər arasında ilk dövrədə baş tutan görüş Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb. Heç şübhəsiz ki, "boz qurdlar" doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Hazırda aktivində 24 xal olan meydan sahibləri turnir cədvəlinin 3-cü, qonaqlar isə 15 xalla 6-ci pilləsində qərarlaşıb. Tovuz klubu qalib gələcyi təqdirdə lider "Neftçi" ilə aralarında xal fərqinin artmasına imkan verməyəcək. Gəncə təmsilçisi 3 xal qazanacağı təqdirdə isə turnir cədvəlində bir pillə irəliləyərək, dünən məğlub olan "Zirə"ni keçəcək.
Qeyd edək ki, matçın start fiti saat 16:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XIII tur
16:30. "Turan Tovuz" - "Kəpəz"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz. Şəhər stadionu.