"Liverpul" qışda bir neçə oyunçu ilə yollarını ayırmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Federiko Kyezanın klubdan ayrılacağı demək olar ki, dəqiqdir. İtaliyalı futbolçu bu mövsüm cəmi bir neçə dəqiqə meydanda olub (oktyabr ayında "Mançester Siti" ilə oyunda 88-ci dəqiqədə meydana daxil olub) və onun müqaviləsinin müddəti 18 aydan sonra başa çatır.
İtalyandan başqa "qırmızılar" Vataru Endo ilə yeni müqavilə bağlamaq niyyətində deyil. O, gələn yay azad agent kimi klubdan ayrılacaq.