Argentina millisinin və "Mançester Siti"nin sabiq hücumçusu Karlos Teves vida oyunu keçirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, dekabrın 20-də baş tutacaq qarşılaşmaya dünya futbolunun iki ulduzu – Lionel Messi və Kriştiano Ronaldo dəvət olunub.

 

Messi görüşdə iştirak edəcəyini rəsmən təsdiqləyib. Portuqaliyalı futbolçunun isə matça qatılıb-qatılmayacağı hələ dəqiqləşməyib.

 

Qarşılaşma Buenos-Ayresdəki "La Bombonera" stadionunda keçiriləcək.

 

Qeyd edək ki, Teves və Ronaldo 2007–2009-cu illərdə "Mançester Yunayted"də birlikdə çıxış ediblər.