Türkiyə 1-ci Liqasında 16-cı turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" səfərdə "Vanspor"un qonağı olub.

 

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Görüşdə 27-ci dəqiqədə Emirhan Başyiğitin öz qapısına vurduğu qolla hesabı qonaqlar açsa da, 38-ci dəqiqədə Keleçi İheanaço tarazlığı bərpa edib.

 

Millimizin üzvü matça start heyətində başlayıb və sonadək meydanda olub.

 

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Vanspor" isə 17 xalla 16-cı pillədə yer alıb.