"Kəpəz" klubu ciddi itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisi Misli Premyer Liqasının XIV turunda Mahamadu Banın xidmətindən yararlana bilməyəcək.

Buna səbəb malili futbolçunun "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olduqları XIII turun matçında sarı vərəqə almasıdır.

Beləliklə, o, cari mövsümdə Premyer Liqada dördüncü dəfə sarı vərəqə ilə cəzalandırılıb və növbəti oyunu buraxmalı olacaq.

Qeyd edək ki, "Kəpəz" dekabrın 6-da XIV tur çərçivəsində "Şamaxı"nın qonağı olacaq.