"Rakuv"da çıxış edən Mahir Emreli Ekstraklasada "Piast"a uduzduqları ev oyunu ilə bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, hücumçu instaqram hesabında 1:2 hesabıyla bitən matçdan bunları yazıb:
"İlin son ev oyunu idi. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Çətin mövsüm keçiririk. Lakin klubdakı hər kəs vəziyyəti düzəltmək üçün əlindən gələni edir. Birlikdə çalışır, mübarizə aparırıq.
Azarkeşlərimizə çətin anlarda göstərdiyi inanılmaz dəstəyə və sədaqətə görə təşəkkür edirik. Siz daha yaxşısına layiqsiniz".
Emreli bu mövsüm Polşa çempionatında 16 oyunda 4 qol vurub.
"Rakuv" 16 turdan sonra 15 xalla 14-cü sıradadır.