"Barselona" İspaniya La Liqasının XIV turunda bu gün "Deportivo" ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi matça itkilərlə çıxacaq.

 

Bu barədə baş məşqçi Hansi Flik yerli mətbuata açıqlamasında deyib.

 

Yarımmüdafiəçi Mark Bernal və müdafiəçi Alexandro Balde zədə səbəbindən oyunu buraxacaq.

 

Balde Çempionlar Liqasının V turunda Bakıda "Sabah"a qarşı keçirilən matçda (4:1) zədələnib.

 

"Deportivo" – "Barselona" oyunu 19:15-də start götürəcək.