İspaniya çempionatının 14-cü turunda"Real" "Alaves"ə Madriddə məğlub olub – 1:2. Bu məğlubiyyətlə İspaniya klubu bütün turnirlərdə ardıcıl 10 qələbəlik seriyasını dayandırıb.

 

Komanda bu qələbələrin 6-sını İspaniya çempionatında, 4-nü isə UEFA Çempionlar Liqasında qazanıb.

 

Joze Mourinyonun rəhbərlik etdiyi "Real" 33 xalla La Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. 19 xal toplayan "Alaves" isə 8-ci yerdədir.

 

Növbəti turda "Real" dekabrın 2-də səfərdə "Real Sosyedad"ın qonağı olacaq. "Alaves" isə dekabrın 4-də "Espanyol"u qəbul edəcək.