"Barselona" heyətini mərakeşli müdafiəçi ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı müdafiəçisi İlyas Hidaui ilə mmaraqlanır.

 

Mərakeşin U-20 yığmasının üzvü olan İlyas "Mohammed VI" futbol akademiyasının yetirməsidir.

 

"Barselona" isə onu bu qış həmin akademiyan transfer etmək niyyətindədir. Tərəflərinr razılıq əldə etdiyi bildirilir.