Misli Premyer Liqasının 13-cü tururna Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son matçında "Qarabağ" "Sumqayıt"la qarşılaşır.

 

Çempionluq uğrunda mübarizə aparan "Qarabağ" artıq ardıcıl 5 oyundur qələbə qazana bilmir. Ağdam təmsilçisi sonuncu dəfə səfərdə "İmişli" üzərində qalibiyyətə sevinib. Qurban Qurbanovun komandası ilk pillədə qərarlaşan "Neftçi"dən (30) artıq 10 xal geri qalır. Bu isə "qızıl"ı hədəfləyən kollektiv üçün ciddi siqnaldır. Düzdür, ağdamlıların ehtiyatda hələ bir oyunu var. Ancaq istənilən halda qarşısına çempion olmaq məqsədi qoyan komanda "qara zolaq"dan çıxmalıdır. Əks halda zirvə əlçatmaz olacaq.

 

"Sumqayıt"ın da vəziyyəti ürəkaçan deyil. "Kimyaçılar" çempionatda sonuncu qələbəsini oktyabrın 16-da evdə "Araz-Naxçıvan" üzərində (2:1) qazanıb. Bundan sonra keçirdiyi 4 matçda 2 heç-heçə edib və 2 dəfə uduzub. Qonaqlar hazırda turnir cədvəlində 10-cu yerdədir.

 

Qeyd edək ki, Misli Premyer Liqasında 14-cü tura dekabrın 4-də start veriləcək.

 

Misli Premyer Liqası

II dövrə, XIII tur

 

17:00. "Qarabağ" - "Sumqayıt" 

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Suraxanı. "Azersun Arena".

 

"Qarabağ": 23. Martin Zlomisliç 13. Bəhlul Mustafazadə (k) 20. Kadi Borqes 5. Bruno Lanqa 29. Renaldo Sefas 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 19. Taofik İsmail 88. Samuel Lobato 4. Bense Varkonyi 33. Dieqo Rosa

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 12. Teymur Həsənov 55. Bədavi Hüseynov 22. Musa Qurbanlı 49. Əli Bəşirov 8. Marko Yankoviç  2. Mateus Silva 10. Joni Montiel 7. Jali Muaddib 35. Pedro Bikalyo

Baş məşqçi: Qurban Qurbanov 

"Sumqayıt":16. Marko Yohanson 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 17. Nihad Əhmədzadə 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 21. Tiaqo Almeyda 27. İmani Barker 5. Renan Santana

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 20. Ayxan Süleymanlı 75. Nadir Orucov 97. Vüsal Paşayev 23. Rüfət Əhmədov 37. Nihad Orucəli 19. Roi Kehat

Baş məşqçi: Filipe Kandido