Misli Premyer Liqasının XIII turunun "Şamaxı" – "Qəbələ" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Ardıcıl məğlubiyyətlərdən sonra komandada məyusluq var idi. Bu gün futbolçularda qələbə arzusunu gördüm. İstədiyimiz oyunu sərgiləyə bildik. Üzərimizdən bir az da olsa, təzyiqi azalda bildik.

 

– Bualinin "açar oyunçu" olduğunu düşünürsünüz?


– Bualinin keyfiyyətlərini bilirik. Onun meydanda bəzi missiyaları var. Rahat oynayanda bacardığını edə bilir. Bu gün də ən yaxşı futbolçulardan biri idi.

 

– Qələbələr autsayderlər üzərində əldə edilir. Daha yaxşı kollektivləri nə üçün məğlub etmək olmur?


– "İmişli" ilə matçda qələbəni son dəqiqədə əldən verdik. Bundan sonra "Sabah", "Qarabağ", "Zirə"yə qarşı oyunlarımız oldu. Ən çox bəyəndiyim "Sabah", "Turan Tovuz" və "Neftçi"yə qarşı matçlarımız idi. Məsələ səhvlərdən dərs çıxarmaqdır.

 

– Qarşıdakı 4 oyununuz da burada olacaq və rəqiblər aşağı pillədə yer alan kollektivlərdir. Avrokubok zonasına qalxa biləcəksiniz?


– Hamı bizə üç xal kimi baxır. Amma biz elə deyilik, qarşımızda məqsəd var. Oyundan-oyuna düşünürük. Sonda harada olacağımızı görəcəyik.