"Bavariya" daha bir itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Münhen təmsilçisinin yarımmüdafiəçisi Konrad Laymer sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avstriyalı futbolçu Bundesliqada "Hamburq"la matçda (0:0) sıradan çıxıb. Onun bərpa müddəti açıqlanmayıb.
Laymer bu mövsüm çempionatda 8 oyunda 1 qol vurub.
"Bavariya"da daha bir neçə futbolçu hazırda zədədən əziyyət çəkir. Harri Keyn, Camal Musiala və Maykl Olis zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacaq.