Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan ilk gündə medal hesabını açıb.
Məhəmməd Musayev üçüncü yer uğrunda görüşdə rusiyalı İslam Sultiqova qalib gələrək gənclər arasında dünya çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, Məhəmməd ardıcıl ikinci dəfə bu mükafata layiq görülüb. O, ötən il Limada keçirilən mündialda da "bürünc" əldə etmişdi.