"Arsenal"ın hücumçusu Viktor Gyökeres Premyer Liqada kifayət qədər oyun vaxtı almadığı üçün narazıdır və qış "transfer pəncərəsi"ndə klubu tərk etməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Məlumata görə, futbolçunun agentləri artıq onun gələcək karyerası üçün mümkün variantları araşdırırlar. Madrid "Atletiko"su Gyökereslə maraqlanmaqda davam edir. Həmçinin İngiltərə, İtaliya, Almaniya və İspaniyadan olan klubların da ona marağı var.
"Arsenal" hücumçunun gedişinə razı ola bilər. Çünki klub hazırda başqa bir forvardı heyətinə qatmaq üzərində işləyir. Beləliklə, qışda baş tutacaq transfer hər iki tərəfi qane edə bilər.
Qeyd edək ki, 28 yaşlı isveçli futbolçu 2025-ci ilin yayında 65 milyon avro qarşılığında "Sportinq"dən London klubuna keçib.
Bu mövsüm hücumçu "Arsenal"ın heyətində 7 oyuna çıxsa da, hələ qol hesabı aça bilməyib.