"Bodo/Qlimt"in qapıçısı Nikita Haykin artıq Norveç millisində oynamaq ehtimalını nəzərdən keçirmədiyini bildirib. Sport24.az xəbər verir ki, rusiyaəsilli qolkiper bu barədə "TV2-"yə açıqlamasında bildirib:
"2028-ci ilə qədər gözləməli olacağıq, ona görə də bu barədə düşünmürəm. Diqqətimi tamamilə "Bodo/Qlimt"ə yönəltmişəm. Mən həmişə Norveçə dəstək olacağam və onlara uğurlar arzulayıram".
Daha əvvəl Rusiya gənclər və U-21 yığmalarında çıxış etmiş 31 yaşlı futbolçu aprel ayında Norveç pasportu əldə edib. Lakin FİFA onun Norveç yığmasını təmsil etməsinə 2028-ci ilin martına qədər qüvvədə qalacaq qadağa qoyub.