Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Rafael Leao zədələnib. Sport24.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı hücumçu Türkiyə Super Liqasının VIII turunda "Gənclərbirliyi" ilə keçirilən qarşılaşmanın (0:1) 77-ci dəqiqəsində zədə alıb. Meydanda ayağı sürüşərək həddindən artıq açılan futbolçunun qasıq əzələsində dartılma yaranıb və o, oyunu davam etdirə bilməyib.
Klubun açıqlamasına əsasən, Leao günü müalicə ilə keçirib. Futbolçunun zədəsinin ağırlıq dərəcəsi oktyabrın 19-da aparılacaq əlavə tibbi müayinələrdən sonra dəqiqləşəcək.