Azərbaycan Basketbol Liqasında 3-cü tura start verilib. Sport24.az xəbər verir ki, günün ilk oyununda "Naxçıvan" "Gəncə" ilə üz-üzə gəlib.

 

Milli Gimnastika Arenasındakı qarşılaşma "Naxçıvan"ın qələbəsi ilə yekunlaşıb – 72:70.

 

Günün ikinci görüşündə "Neftçi" "Sumqayıt"la qarşılaşacaq.

 

Xatırladaq ki, turun "Sabah" – NTD oyunu oktyabrın 19-da baş tutacaq. "LANDAU Lions" – "Ordu" matçı qeyri-müəyyən vaxta təxirə salınıb.