Kiyev "Dinamo"su baş məşqçi İqor Kostyukla yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.

 

Onun yerinə isə müvəqqəti olaraq Kostyukun dönəmində köməkçi-məşqçi kimi çalışan Maçey Kendzerek təyin olunub. Polşalı mütəxəssis komandanı "Kudrovka"ya qarşı keçiriləcək növbəti oyuna hazırlayacaq.

 

Qeyd edək ki, Ukrayna Premyer Liqasının 9-cu turunda səfərdə "Polissya"yaya 1:3 hesabı ilə məğlub olan "Dinamo" hazırda 16 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.