Macarıstan çempionatında 10-cu turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi "Kişvarda" öz meydanında "Ferentsvaroş"u qəbul edib.

 

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

 

Matçda hesabı 32-ci dəqiqədə Bohdan Melniklə "Kişvarda" açsa da, qonaqlar 75-ci dəqiqədə Kallum O'Douda ilə bərabərlik qolunu vurublar.

 

Anatoli Nuriyev bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, bu nəticədən sonra aktivindəki xalların sayını 11-ə çatdıran "Kişvarda" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.