"Real"ın prezidenti Florentino Peres, komandanın nəticələrinin yaxşılaşmayacağı təqdirdə, baş məşqçi Joze Mourinyonu əvəz edə biləcək namizədin adını açıqlayıb. Sport24.az bu barədə "esRadio"nun aparıcısı Serxio Valentin "X" media hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis istefaya göndəriləcəyi halda onu Fransa yığmasının sabiq baş məşqçisis Didye Deşam əvəzləyəcək.

 

Qeyd edək ki, Mourinyo bu ilin yayında ikinci dəfə "Real"ın "sükanı arxasına" keçib. Hazırda Madrid klubu turnir cədvəlində ikinci pillədə qərarlaşıb və 9 turdan sonra lider "Barselona"dan 6 xal geri qalır.