Dünyanın ən çox qazanan futbolçularının reytinqini açıqlayıb. "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo yenidən siyahıya başçılıq edir, Lionel Messi isə ikinci yeri tutur. Sport24.az xəbər verir ki, bu barədə nüfuzlu "Forbes" nəşri məlumat yayıb.
Ard-arda dördüncü mövsümdür ki - son 13 il ərzində 12-ci dəfə - Ronaldo və Messi dünyanın ən çox qazanan futbolçuları siyahısında ilk iki yeri tuturlar. "Forbes"in hesablamalarına görə, onların gəlirləri müvafiq olaraq 300 milyon və 145 milyon dollar təşkil edir.
Fransalı Kilian Mbappe 100 milyon dollarlıq gəliri ilə "Forbes"in bu ilki siyahısında üçüncü yerdə qərarlaşıb.
1. Kriştiano Ronaldo ("Əl-Nəsr") — 300 milyon dollar (klubdakı çıxışından 250 milyon dollar, meydandan kənar fəaliyyətlərdən 50 milyon dollar).
2. Lionel Messi ("İnter Mayami") — 145 milyon dollar (klubdakı çıxışından 70 milyon dollar, meydandan kənar fəaliyyətlərdən 75 milyon dollar).
3. Kilian Mbappe ("Real") — 100 milyon dollar (klubdakı çıxışından 70 milyon dollar, meydandan kənar fəaliyyətlərdən 30 milyon dollar).
4. Erlinq Haaland ("Mançester Siti") — 85 milyon dollar (klubdakı çıxışından 60 milyon dollar, meydandan kənar fəaliyyətlərdən 25 milyon dollar).
5. Vinisius ("Real") — 76 milyon dollar (klubdakı çıxışından 48 milyon dollar, meydandan kənar fəaliyyətlərdən 28 milyon dollar).
6. Lamin Yamal ("Barselona") — 55 milyon dollar (klubdakı çıxışından 35 milyon dollar, meydandan kənar fəaliyyətlərdən 20 milyon dollar);