"Gəncə" əsas komandanın baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb. Sport24.az xəbər verir ki, FİBA Avropa Kubokundakı uğursuz nəticələrdən sonra klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib.

 

Komandanın çıxışı müzakirə olunub. Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib.

 

Klub Martin Knejeviçə gələcək karyerasında uğurlar arzulayıb.