Türkiyə Trendyol Super Liqasında VIII turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Ərzurumspor" öz meydanında "Eyüpspor"u qəbul edib.
Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Qeydə alınan nəticə:
Türkiyə Trendyol Super Liqası
VIII tur
Ərzurumspor – Eyüpspor 2:0
Qollar: Migel Kardozu, 19, Eren Tozlu, 47
Meydan sahiblərinin heyətində 90 nömrəli forma altında çıxış edən Nəriman Axundzadə matçın iştirak ərizəsində yer alsa da, baş məşqçi ona şans verməyib və həmyerlimiz görüşü ehtiyat oyunçular skamyasında tamamlayıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 11-ə çatdıran "Ərzurumspor" turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. Mövsümdə 7-ci məğlubiyyətini alan "Eyüpspor" isə 3 xalla sonuncu sırada qalıb.