Bu gün Misli Premyer Liqasında 8-ci turun daha iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması bölgədə baş tutacaq.
"Qəbələ" "doğma divalar" arasında "Sabah"ı qəbul edir. Turnir cədvlinin əks qütblərində qərarlaşan komandaların oyununda heç şübhəsiz ki, favorit qonaqlardır. Valdas Daumbrauskasın çalışdırdığı kollektiv hazırda 16 xalla (bir oyun az keçirib) turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Meydan sahibləri isə "qara zolaq"dan çıxa bilmir. "Qırmızı-qaralar" 4 xalla 10-cu yerdədir.
Qeyd edək ki, dünən baş tutan görüşlərdə "Sumqayıt"ı "Araz-Naxçıvan"ı (2:1), "Şamaxı" isə "Şəfa"nı (3:2) məğlub edib.
Misli Premyer Liqası
I dövrə, VIII tur
16:00. "Qəbələ" - "Sabah"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ. Şəhər stadionu
"Qəbələ": 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 23. Rafael Utziq 6. Xayme Syerra 16. İsaak Amoah 80. Meşak Uboçioma 3. Edson Eduardo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 81. Samir Ağayev 2. Aqşin Yaqubov 21. Ziya Şəkərxanov 8. Endri Çekici 7. Bruno Silva 5. Natan Monzanqo
"Sabah": 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev (k) 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 33. Junior Almeyda 88. Rodriqo Fernandeş 34. Ksander Severina 18. Karlos Eduardo 23. Yunes Laşaab 35. Cafet Bulus
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 16. Rauf Rüstəmli 9. Xəyal Əliyev 20. Coy Lens Mikels 21. Velko Simiç 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 99. Patrik Mbina 7. Umarali Raxmonaliyev 4. Eyden Makkarti 8. Kristian Nvaçukvu