Misli Premyer Liqasının VIII turunda bu gün Azərbaycan derbisi keçiriləcək. Sport24.az-ın məlumatına görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi"ni qəbul edəcək.
Bu, komandaların Azərbaycan çempionatları tarixində 103-cü dueli olacaq. Əvvəlki 102 qarşılaşmanın 41-də Ağdam təmsilçisi, 24-də isə Bakı klubu meydanı 3 xalla tərk edib. Daha 31 görüş heç-heçə ilə başa çatıb.
Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var.
"Qarabağ" bu rəqibinə qarşı keçirdiyi son 19 matçın hər birində qol vurub. "Neftçi" isə son 5 səfər oyunundan qolsuz və xalsız ayrılıb.
Qeyd edək ki, qarşılaşma saat 19:00-da start götürəcək.