İngiltərənin "Lids" klubu baş məşqçisi Daniel Farke ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi mütəxəssisin işindən razıdır və onunla yeni müqavilə imzalayacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
"Lids" alman mütəxəssislə müddəti 2029-cu ilin yayına kimi olan anlaşma imzalayacaq.
Qeyd edək ki, komanda Premyer Liqada 6 turdan sonra 9 xalla 7-ci sıradadır.