"Barselona"nın texniki əməkdaşları 23-25 ​​oktyabr tarixlərində tətil keçirəcəklərini elan ediblər. Bu addım klubun kişi və qadın futbol komandalarının, eləcə də basketbol və həndbol bölmələrinin fəaliyyətinə təsir göstərə bilər. Sport24.az xəbər verir ki, bu barədə "El Periodico" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, işçilər razılaşmalara əməl olunmamasına, əmək müqavilələrinin pozulmasına, ayrı-seçkiliyə və ixtisarlara qarşı etiraz edirlər. Hazırda bu şöbədə 60 əməkdaş çalışır, lakin işin səmərəli yerinə yetirilməsi üçün 90–95 nəfərin zəruri olduğu bildirilir. Klub sonuncu dəfə 2024-cü ilin oktyabrında yeni işçilər cəlb edib.

 

Tərəflər tətilin qarşısını almaq məqsədilə gələn həftə yeni danışıqlar aparmağı planlaşdırırlar.

 

Bununla yanaşı, "Barselona" yaranmış vəziyyətin oktyabın 25-nə təyin olunmuş "Real" ilə "El Klassiko"ya mane olacağını gözləmir.